AZ

Ziya Əliyev vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, o bu vəzifəyə bu ilin fevral ayında təyin edilmişdi.

Ziya Əliyev bundan əvvəl AMB-nin baş direktoru vəzifəsini tutub.

Digər əmrlə Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.

Seçilən
0
24
ucnoqta.az

10Mənbələr