AZ

Buraxılış imtahanlarında yüksək nəticə göstərmiş kursantlar təltif edildi

Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının yekun nəticələrinə əsasən ilk dəfə olaraq 2024/2025-ci ilin məzunları arasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüş 3 nəfər, 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmiş 21 nəfər kursantının təltif olunmasına həsr edilmiş tədbir keçirilib.

Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Sərhəd Xidməti rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən imtahanlarda yüksək nəticə göstərmiş kursantlar və məktəbin pedaqoji heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Seçilən
0
5
publika.az

6Mənbələr