AZ

Eldar Əzizov Biləcəridə sakinlərin problemlərini dinləyib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Biləcəri qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Biləcəri sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı şəhərinin və Binəqədi rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 2 saatdan çox, ayaq üstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan özünün zəngin və coxəsrlik tarixi ərzində ən xöşbəxt günlərini yaşayır. 

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq, qəzalı binaların və  dam örtüyünün təmiri, köhnə liftlərin dəyişdirilməsi, qəsəbədə yeni qəbiristanlıq üçün yer ayrılması, nəqliyyat və s. olub. 

Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb. 

Seçilən
0
8
cebheinfo.az

10Mənbələr