AZ

Çempionlar Liqası: Bu gün son finalçı bəlli olacaq

Bakı, 7 may, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında son finalçı məlum olacaq.

AZƏRTAC xəbər verir ki, PSJ Fransada İngiltərə “Arsenal”ını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında təşkil olunan ilk matçda PSJ 1:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00. PSJ (Fransa) - “Arsenal” (İngiltərə)

İlk oyun - 1:0.

Qeyd edək ki, cütün qalibi həlledici oyunda İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq. Final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.

Seçilən
0
17
azertag.az

10Mənbələr