Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.