AZ

Qar yağdı, dolu düşdü

Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Yağıntı bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağa isə arabir qar yağıb.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı İsmayıllıda 55 (aylıq normanın 46%-i), Hacıqabulda 54 (aylıq normanın 203%-i), Qəbələdə 50 (aylıq normanın 42%-i), Kürdəmirdə 40 (aylıq normanın 105%-i), Qobustanda 33 (aylıq normanın 64%-i), Şamaxıda 26 (aylıq normanın 37%-i), Şəkidə 25 (aylıq normanın 24%-i), Oğuzda 21 (aylıq normanın 20%-i), Qrızda 21 (aylıq normanın 25%-i), Göyçayda 20 (aylıq normanın 32%-i), Xaltanda 20 (aylıq normanın 23%-i), Ağsu, Qusar, Altıağacda 13, İmişli, Qaxda 12, Bakıda və Abşeron yarımadasında 9 (aylıq normanın 45%-i), Gədəbəy, Şahbuzda 10, Quba, Culfa, Lənkəran, Zərdab, Cəlilabad, Şabran, Sabirabad, Zaqatala, Yardımlı, Daşkəsən, Astara, Şərur, Lerik, Biləsuvar, Yevlax, Ağdam, Sədərək, Kəlbəcər, Laçın, Şuşa, Ordubad, Göygöl, Balakən, Tərtər, Bərdə, Mingəçevir və Naxçıvanda 1-7 mm-dək təşkil edir.

Mayın 6-da saat 19:52-19:56 radələrində Kəlbəcər rayonuna diametri 8 mm olan dolu düşüb.

Seçilən
0
37
publika.az

10Mənbələr