AZ

İran husilərə ABŞ gəmilərinə hücumları dayandırmaları üçün təzyiq edir

BAKI, 7 may. TELEQRAF

İran husilərin (Yəmən) ABŞ gəmilərinə hücumlarını dayandırmaq üçün addımlar atır.

Teleqraf xəbər verir ki, bu barədə mənbələr “New York Times”a bildiriblər.

Nəşr İran rəsmilərinə istinadla yazıb ki, Tehran atəşkəs səyləri çərçivəsində husilər üzərində təsirindən istifadə edərək, onları Amerika gəmilərini hədəfə almağı dayandırmağa məcbur edir.

ABŞ Prezidenti Donald Tramp da bəyan edib ki, husilər hücumları dayandırsalar, Amerika da bombardmanı dərhal dayandıracaq.

“Husilər artıq döyüşmək istəmədiklərini söyləyirlər. Artıq döyüşmək istəmirlər”, - Amerika lideri deyib.

Seçilən
0
teleqraf.com

1Mənbələr