AZ

Çempionlar Liqasının yarımfinalında 7 qol vuruldu: İlk finalçı məlum oldu

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürüb.
 
Referans xəbər verir ki, ilk finalçı İtaliyada müəyyənləşib.
 
“İnter” səfərdə məhsuldar bərabərliyə razılaşdığı “Barselona”nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb. Əlavə vaxtda daha bir qol vuran “İnter” həlledici oyuna vəsiqə qazanıb.
 
Mayın 7-də keçiriləcək digər yarımfinal dueli Parisdə reallaşacaq. PSJ qonaq qismində yendiyi (1:0) “Arsenal”ın müqavimətini qırmağa çalışacaq.
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da baş tutacaq.
 
UEFA Çempionlar Liqası
 
Yarımfinal, cavab oyunu
 
6 may
 
“İnter” (İtaliya) – “Barselona” (İspaniya) 4:3
Qollar: L.Martines, 21. Çalhanoğlu, 45+1-pen. Açerbi, 90+3. Frattezi, 99 – E.Qarsiya, 54. Olmo, 60. Rafinya, 88.
İlk oyun – 3:3.
Seçilən
0
1
referans.az

10Mənbələr