Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.