BAKI. 7 may. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir finalçısı müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Fransanın PSJ komandası İngiltərə "Arsenal"ını qəbul edəcək.
Parisdəki "Park de Prens" stadionunda təşkil olunacaq qarşılaşmaya almaniyalı baş hakim Feliks Tsvayer təyinat alıb.
Ötən həftə bu komandalar arasında Londondakı ilk matçda PSJ qələbə qazanıb - 1:0.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab görüşü
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun - 1:0.
Qeyd edək ki, cütün qalibi finalda İtaliya "İnter"i ilə üz-üzə gələcək.