Böyük Britaniya və ABŞ Birləşmiş Krallığın avtomobil və polad ixracına kvotaları azaltmaqla Ağ Ev lideri Donald Trampın tariflərinin təsirini yumşaldacaq ticarət razılaşmasına yaxındırlar.
“Report” xəbər verir ki, bu barədə Financial Times (FT) London və Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.
Böyük Britaniyanın təklifləri arasında beynəlxalq şirkətlərdən alınan rəqəmsal xidmətlər vergisi ilə bağlı ABŞ-yə güzəştlər, həmçinin Amerikaya avtomobil ixracı və kənd təsərrüfatı məhsulları üçün aşağı tariflər daxildir.
Mənbə nəşrə bildirib ki, danışıqlar sürətlənmiş templə davam edir, lakin dərman vasitələri ilə bağlı fikir ayrılıqlarının qaldığı barədə xəbərdarlıq edib.
Böyük Britaniya hökuməti ABŞ-nin toyuqları xlorlamaq və hormonla müalicə olunan mal əti kimi qida standartlarını qəbul etməyəcəyini bildirib.