AZ

Nüvə modernləşdirilməsi və “F-47”nin yaradılması Pentaqon üçün əsas prioritetdir

Nüvə modernləşdirilməsinə investisiyalar ABŞ Hərbi Hava Qüvvələri üçün əsas prioritet olaraq qalır.

“Report” xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Devid Elvin deyib.

Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Devid Elvin bildirib ki, xüsusən də ABŞ Hərbi Hava Qüvvələri hazırda “F-15” və “F-35” qırıcılarının, həmçinin B-52 strateji bombardmançılarının modernləşdirilməsi ilə fəal məşğul olur.

O qeyd edib ki, bu, ABŞ-nin dəyişən təhdidlərlə ayaqlaşa bilməsi üçün edilməlidir.

Baş Qərargah rəisi əlavə edib ki, Amerika Hərbi Hava Qüvvələrinin modernləşdirilməsinə altıncı nəsil F-47 qırıcılarının yaradılmasına da əhəmiyyətli investisiyalar daxildir.

Seçilən
0
3
report.az

5Mənbələr