AZ

Robot "əsəbiləşib" insanlara hücum etdi - VİDEO

Çin texnologiya şirkəti "Unitree" tərəfindən hazırlanan "H1" adlı insanabənzər robot ictimai təqdimat zamanı gözlənilməz davranışlar sərgiləyərək mühəndisləri çaş-baş salıb.

Milli.Az xəbər verir ki, tanıtım tədbirində robot qəfildən nizamsız və idarəolunmaz şəkildə hərəkət etməyə başlayıb. Hadisə anını əks etdirən görüntülər sosial mediada geniş yayılıb və "Maşınların üsyanı başlayıb?" sualını gündəmə gətirib.

Lakin "Unitree" rəsmiləri hadisənin arxasında süni intellektin sərbəst qərarverməsi və ya texnoloji üsyan olmadığını açıqlayıblar. Problem robotun balans sistemini pozan təhlükəsizlik kabelinin düzgün qoşulmaması ilə bağlı olub.

Şirkətin verdiyi məlumata görə, "H1" prototipi yüksək həssaslığa malik stabilləşdirmə sistemi ilə təchiz olunub və millisaniyələr içində mövqe dəyişikliklərinə reaksiya vermək qabiliyyətinə malikdir. Təqdimat zamanı isə robotun baş nahiyəsinə bağlanan təhlükəsizlik kabeli, onun balans alqoritmi ilə uyğun gəlməyərək proqramda "kritik balanssızlıq" siqnalının yaranmasına səbəb olub.

Bunun nəticəsində robot çaxnaşma rejiminə keçib, hərəkətləri sürətlənib və istiqamət dəyişiklikləri təsadüfi xarakter alıb.

Qısa müddətli xaos mühəndislərin təcili dayandırma düyməsini sıxaraq robota enerji verilişini kəsməsi ilə sona çatıb.

Milli.Az

Seçilən
0
4
milli.az

5Mənbələr