AZ

"Bayraktar TB2T" yüksəklik rekordu qırdı

Qabaqcıl süni intellekt və turbo mühərriklə təchiz edilmiş yeni nəsil "Bayraktar TB2T" yüksəklik rekordu qırıb.

Teleqraf xəbər verir ki, "Bayraktar TB2T" 37.096 fut yüksəkliyə qalxaraq rekordunu yeniləyib.

PUA yüksək hündürlükdə uzun müddət fəaliyyət göstərmə qabiliyyətini nümayiş etdirib.

Qabaqcıl süni intellekt sistemləri sayəsində PUA vizual naviqasiya vasitəsilə ərazini tanıya və istiqaməti təyin edə bilir. Hədəfləri təhlil edərək onları aşkar etmək və diaqnoz qoymaq qabiliyyətinə malikdir. O uçuş-enmə zolaqlarını vizual olaraq tanıya və avtonom uçuş-eniş həyata keçirə bilər. Yenilənniş "Bayraktar" dinamik marşrut planlamasını həyata keçirərək ən uyğun uçuş marşrutlarını təyin edir.

Seçilən
0
teleqraf.com

1Mənbələr