AZ

"İnter" Çempionlar Liqasının ilk finalçısı oldu - "Barselona" uduzdu

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Modern.az xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində İtaliyanın "İnter" klubu öz meydanında İspaniya "Barselona"sı ilə qarşılaşıb. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından cavab matçına böyük maraq vardı.
"İnter"  oyunda 4:3 hesabı ilə qələbə qazanmaqla adını Çempionlar Liqasının finalına yazdırıb. 

Qeyd edək ki, yarımfinalın digər cavab matçı mayın 7-də keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək. 

6 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3 

Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)

İlk oyun - 3:3

7 may

23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

İlk oyun - 1:0

Seçilən
0
32
modern.az

10Mənbələr