Premyer Liqanın son turu çərçivəsində keçirilən "Şamaxı" - "Səbail" oyununda maraqlı hadisə baş verib.
Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, görüşün baş hakimi projektor olmayan stadionda işıqların yandırılmasını tələb edib.
Elçin Məsiyev ikinci hissənin gedişində istəyini dördüncü hakimə çatdırıb. Təbii ki, onun bu tələbi klub tərəfindən qarşılanmayıb.
Dördüncü hakimə xatırlatma ediblər ki, Şamaxı stadionunda işıqlandırma sistemi yoxdur.