AZ

Husilər İsrailə hücumlarını davam etdirəcək

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrail ordusu Qəzza zolağında əməliyyatı dayandırana qədər İsrail ərazisinə zərbələr endirmək niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, bu barədə yəmənli üsyançılarının yaratdığı hökumətin bəyanatında deyilir.

"İsrailin Qəzza zolağında soyqırımı törətməsini sadəcə seyr edə bilmərik. İsrailin Fələstin torpaqlarına təcavüzü bitənə və Qəzza zolağında blokada aradan qaldırılana qədər hərbi əməliyyatlar davam edəcək, Yəmənin Fələstinə dəstəyi dayanmayacaq”, - hərəkatdan bildirilib.

Seçilən
0
8
olke.az

10Mənbələr