AZ

Macarıstan Avropa Komissiyasının Rusiya qazı ilə bağlı planına qarşı çıxdı

Macarıstan Avropa Komissiyasının (AK) 2027-ci ilə qədər Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazının tədarükünü tamamilə qadağan etmək planına qarşıdır.

Paralel.az ” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto M1 telekanalının yayımladığı videomüraciətində bildirib.

O qeyd edib ki, sözügedən plan Aİ ölkələrinin suverenliyini pozur, çünki bu, onları enerji mənbələri seçimindən məhrum edir.

“Biz bunu etməkdən imtina edirik. Ukraynaya əsassız və ölçüyəgəlməz subsidiyaların bədəlini ödəməkdən imtina edirik. Ukraynanın Aİ-yə çox sürətli şəkildə daxil olmasının bədəlini ödəməyə hazır deyilik”, - Siyarto Brüsselin yeni təşəbbüsünü şərh edərkən deyib.

Seçilən
0
6
paralel.az

7Mənbələr