BAKI, 7 may. TELEQRAF
Moskvaya uçan daha üç düşmən pilotsuz uçuş aparatı məhv edildi.
Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz “Telegram” kanalında yazıb.
Hazırda hadisə yerində təcili yardım xidmətləri çalışır.
Daha əvvəl Sobyanin iki PUA-nın vurulduğunu yazmışdı.
Paytaxt hava limanlarının işinə müvəqqəti məhdudiyyətlər qoyulması səbəbindən Moskvaya uçan təyyarələr ehtiyat aerodromlara yönəldilir.