“Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada satılmır, heç vaxt satılmayacaq”
Paralel.az xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı Amerika liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.
O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.
Amerika prezidenti də öz növbəsində qeyd edib ki, indi baş nazirlə bu məsələni müzakirə etmək niyyətində deyil: “Lakin belə bir inkişaf qonşu ölkəyə çoxlu üstünlüklər verərdi. Heç vaxt heç vaxt demə”.