Bu gün Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə 55, 67, 77 və 97 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.
Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, sabah 60, 72 və 87 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.
Güləş üzrə Respublika turnirinə yekun vurulub
AMADA millinin üzvləri üçün seminar keçirib
Elmin Əliyev beynəlxalq turnirdə qızıl medal qazanıb
Güləşçilərimiz Aşqabadda 3 medal qazanıblar
Ölkə birinciliyinə yekun vurulub