Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Viral.az xəbər verir ki, bu haqda “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Son Yazılar:
- Bu rayonda elektrik enerjisinin verilişində fasilə yaranacaq
- Aİ Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir
- Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ÖLDÜ
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.