AZ

“Şahedlər"i dronlarla vururuq: Zelenski Ukraynanın yeni silahlarından danışdı

Ukrayna indi müasir müharibənin ən qabaqcıl texnologiyalarından biri ilə səmasını Rusiya "Şahed"lərindən qoruyur.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski axşam çıxışı zamanı danışıb.

"Biz çalışırıq ki, əsgərlərimizin maddi təminatında mütləq sabitlik olsun", - Ukrayna prezidenti deyib.

"Bu gün müzakirə olunan mühüm mövzu Ukrayna səmasının qorunması, xüsusilə də digər pilotsuz təyyarələrin köməyi ilə "Şahedlər"in vurulmasıdır. Bu, müasir müharibənin ən qabaqcıl texnologiyalarından biridir.Mən bunu həyata keçirən, istənilən orduya bu yeni, öz ölkələrini dronlardan qorumaq üçün pilotsuz təyyarələrdən istifadə etmək imkanı yaradan hər kəsə minnətdaram", - o, qeyd edib.

O, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə məhz bu dronların istehsalının maliyyələşdirilməsi üçün tərəfdaşlarla daha fəal işləməyi tapşırıb.

QAZİLER.AZ

 

 

Seçilən
0
1
qaziler.az

2Mənbələr