AZ

ABŞ Ukraynaya yardımı dayandırsa, bunun nəticələri Kiyev üçün ağır olacaq – Aleks Yanqer

Əgər ABŞ Ukraynaya yardımı dayandırsa, bunun Kiyev üçün nəticələri ağır olacaq.

Editor.az bildirir ki, bunu Britaniya Məxfi Kəşfiyyat Xidmətinin keçmiş baş direktoru Aleks Yanqer YouTube-da siyasətçi Rori Stüart və jurnalist Alister Kempbellə müsahibəsində deyib. “Əgər Vaşinqton yardımı dayandırsa, bunun nəticələri Ukrayna və bizim hamımız üçün dəhşətli olacaq…”, – o deyib. Ekspertin fikrincə, Avropa da Ukraynaya dəstəyi dayandırarsa, Ukrayna üçün daha dəhşətli nəticələr yaranacaq.

Bundan əvvəl Aleks Yanqer bildirmişdi ki, Britaniya yeni beynəlxalq təhlükələr qarşısında bu və ya digər formada məcburi hərbi xidməti bərpa edə bilər, lakin hərbi xidmət çox güman ki, krallığın bütün sakinlərinə təsir etməyəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr