İsrail ordusu Qəzza zolağının mərkəzində HƏMAS-ın komanda-nəzarət mərkəzinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Ordumuz bir müddət əvvəl Qəzza zolağının mərkəzində yerləşən HƏMAS-ın komanda-nəzarət mərkəzində fəaliyyət göstərən terrorçulara zərbələr endirib. Komanda-nəzarət mərkəzindən terrorçular İsrailin mülki əhalisinə və əsgərlərinə qarşı terror aktları həyata keçirmək üçün nəzərdə tutulan silahları saxlamaq üçün istifadə ediblər", - məlumatda deyilir.