Aktrisa Oksana Rəsulova oğlu Osmanla bağlı açıqlamalar verib.
"Ölkə.az" xəbər verir ki, “Qonaqcanlı”da qonaq olan Oksana övladı ilə xalasının məşğul olduğunu deyib:
“Osman gözlərini açanda məni və xalamı gördü. Təbii ki, nənənlərini, babalarını da gördü. Amma indi də sual verəndə ki, neçə nənən var? Deyir, 3”.
Sənətçi aparıcı Aytəkin Mərdanovanın “Atası də gəlib maraqlanır” sözlərinə bunları deyib:
“O üz yerində. Oğludur, övladıdır, məsuliyyəti də müəyyən qədər onun boynundandır. Lakin əsas yük xalamın üstündədir. Arada fikirləşirsən ki, xaladır, doğma nənə deyil. Osmanla onların münasibətləri necə oldu ki, belə alındı? Onların arasında o qədər sevgi münasibəti var ki... Dəqiq deyə bilərəm ki, xalam Osmanı hamıdan çox istəyir. Ondan da soruşanda, həmişə deyir ki, ana mən səni çox istəyirəm, çünki sən qadınsan, ən çox səni sevməliyəm. Sonra atasını, sonra da xalamı deyir. Xalam onun üçün başqa yerdədir”.
Qeyd edək ki, Osman Oksananın aktyor Şəhriyar Əbilovla evliliyindən dünyaya gəlib.(olay)