AZ

Kriştiano Ronaldonun oğlu Portuqaliya millisinə çağırılıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun oğlu, Ronaldo Jr., Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.

90deqiqe.Az xəbər verir ki, bu, onun karyerasında ilk milli komandaya çağırışdır.

Portuqaliya U-15 komandası turnir çərçivəsində Yaponiya, Yunanıstan və İngiltərə komandaları ilə qarşılaşacaq. Ronaldo Jr. hazırda “Əl-Nəsr”in gənclər komandasında çıxış edir. O, daha əvvəl “Pozuelo”, “Yuventus” və “Real Madrid” akademiyalarında da oynayıb.

Kriştiano Ronaldo isə 2023-cü ildən “Əl-Nəsr” klubunda çıxış edir. Təcrübəli hücumçu karyerası ərzində “Yuventus”, “Mançester Yunayted”, “Real Madrid” və “Sportinq” kimi klubların formasını geyinib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr