"Kəpəz" futbol klubunda yeni təyinat olub.
Bu barədə klubdan məlumat verilib.
Bildirilib ki, Gəray Qiyasov yeni yaradılan Media və Marketinq departamentinin direktoru təyin olunub.
Qeyd edək ki, jurnalist Gəray Qiyasov bir sıra yerli mətbu orqanlarda fəaliyyət göstərib.
Tarix: 6 May 2025, 22:05