Ukraynanın AB-yə qəbulu Avropa İttifaqının iflası ilə nəticələnəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Facebook sosial şəbəkəsində məlumat verib.
“Ukraynanı qəbul etmək yaxşı iş deyil. Ukrayna əlavə dəyər deyil, iflasdır”, – deyə o vurğulayıb.
Orbanın fikrincə, Ukraynaya Aİ-nin vəsaiti verilməsi Brüsselin böyük səhvi olub. O qeyd edib ki, onlar Aİ iqtisadiyyatının inkişafına yönəldilməli idi.