ABŞ Prezidenti Donald Tramp gələn həftə çox vacib bir mövzu ilə bağlı önəmli və müsbət açıqlama verəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bBu barədə o, Kanadanın Baş naziri Mark Karni ilə Ağ Evdə keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Prezidentin sözlərinə görə, bəyanat 8 və ya 9 may tarixlərində verilə bilər.
“Düşünürəm ki, Yaxın Şərqə səfərimdən əvvəl çox-çox böyük bir açıqlama olacaq. Nədən bəhs edəcəyimi deməyəcəyəm, amma bu açıqlama olacaq və çox müsbət olacaq. Bu, son illərdə edilən ən mühüm açıqlamalardan biri olacaq. Çox vacib bir mövzu ilə bağlıdır”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp 13–16 may tarixlərində Yaxın Şərqə səfər edəcək. Onun səfər çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etməsi planlaşdırılır./globalinfo.az/