AZ

Ştaynmayer Almaniya kansleri Merzin başçılıq etdiyi yeni kabineti təsdiqləyib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer yeni federal hökumətin tərkibini rəsmən təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Sizə böyük məsuliyyət düşür. Ölkənin rifahı naminə fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, – deyə o vurğulayıb.

Mayın 6-da Ştaynmayer rəsmi olaraq Xristian Demokratik İttifaqı və Xristian Sosial Birlik blokunun lideri Fridrix Merzi Almaniyanın kansleri təyin edib.

Seçilən
0
2
nocomment.az

8Mənbələr