"MİDA" MMC dava əvvəl bir neçə dəfə ləğv olunan tenerini yenidən açıq elan edib.
Valyuta.az xəbər verir ki, tender Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı olub.
Layihənin ehtimal olunan dəyəri yenə 619 min 513,52 manat təşkil edir.
Qeyd edək ki, Müsabiqə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə ləğv edilmişdi. Lakin tenderin ləğv səbəbi açıqlanmamışdı.
Qeyd edək ki, bu tender daha əvvəl 3 mart tarixində də ləğv edilmişdi.
Xatırladaq ki, "Mida" MMC 2016-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 milyon manat olan şirkətin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur.