"Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun mümkün istefası ilə bağlı bəyanatı Kremlin sınağa çəkilməsidir və reallıqla heç bir əlaqəsi yoxdur".
Publika.az xəbər verir ki, bu fikri politoloq və siyasi strateq Sergey Markelov Gazeta.ru ilə söhbətində bildirib.
Onun sözlərinə görə, Kadırovun bəyanatının “həlli” olduqca sadədir. Ekspert xatırladıb ki, Çeçenistan rəhbəri media məkanında çalışan ən bacarıqlı siyasətçilərdən biri hesab olunur:
"Kadırov öz səviyyəsində olan siyasətçilər üçün xarakterik olmayan addımlar atır və o, unikal və qeyri-ənənəvi olmağa hazırdır. Bu yolla Kadırov siyasi subyekt rolunu oynamağa çalışır".
Markelov həmçinin Kadırovun sözlərini “real hekayə” deyil, “siyasi texnologiya hiyləsi” adlandırıb.
Politoloqun fikrincə, Kremldə kiminsə buna münasibət bildirməsi ehtimalı azdır. O, Çeçenistan rəhbərinin bəyanatını reallıqla heç bir əlaqəsi olmayan “yaxşı addım” hesab edib.