AZ

Tramp Kanadanın baş nazirini qəbul etdi: Kanada satılmır, biləsiniz!

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karnini qəbul edib.

Turkustan.az xəbər verir ki, Donald Tramp husilərdən hücumları dayandıracaqlarına dair söz aldıqlarını bildirib və hücumları dayandıracaqlarını açıqlayıb.

Sözügedən məlumatın ona “çox etibarlı mənbədən” gəldiyini deyən Tramp bu mənbə ilə bağlı təfərrüatları paylaşmayıb.

Kanadanın baş naziri Mark Karni Donald Trampın Kanada ilə bağlı açıqlamalarına toxunaraq, “Kanada satılmır, heç vaxt da olmayacaq” deyib.

Tramp Karninin şərhlərinə “Heç vaxt heç vaxt demə” deyərək cavab verib və Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyinə eyham vurub.

Donald Tramp Kanadadan avtomobil və polad almaq istəmədiklərini bildirərək əvvəlki açıqlamalarını təkrarladı. Tramp Kanadanı hərbi cəhətdən qoruduqlarını da bildirib.

Mətbuat mənsubları qarşısında keçirilən görüşdə Tramp Çinlə bağlı da açıqlamalar verib. "Biz ticarət etməməklə heç nə itirmirik. Biz milyardlarla dolları qoruyuruq. Danışıqlar aparmaq istəyirlər. Onlarla lazımi anda görüşəcəyik".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr