AZ

Baltikyanı ölkələr Polşa ilə birlikdə evakuasiya memorandumunu hazırlamağa başlayır

Latviya, Litva və Estoniya Polşa ilə əhalinin evakuasiyası zamanı hərəkətlərin əlaqələndirilməsinə dair birgə memorandum hazırlamağa başlayıb.

Bu barədə Delfi portalı Litva Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb .

"Memorandumun əsas məqsədi əhalinin ölkə daxilində təxliyəsi və transsərhəd evakuasiyaların həyata keçirilməsində regional əməkdaşlığı gücləndirməkdir", - deyə nəşrdə deyilir.

Bildirilir ki, memorandumu imzalayan dövlətlər öz hərəkətlərini əlaqələndirəcək, nəqliyyat və digər infrastrukturlardan birgə istifadəni işləyəcəklər.

Seçilən
0
aznews.az

1Mənbələr