AZ

Fransiskin irsinə hörmət əlaməti olaraq Papal Fondu 14,7 milyon dollar yardım ayırıb

ABŞ-ın Papal Fondu (The Papal Foundation) Roma Katolik Kilsəsinin keçmiş rəhbəri Papa Fransiskin irsinə hörmət əlaməti olaraq qrantlar, təqaüdlər və humanitar yardımlar üçün ümumilikdə 14,7 milyon dollar vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, vəsait katolik kilsəsinə xidmət etmək, ehtiyacı olanlara qayğı göstərmək və bütün dünyada katolik inancını inkişaf etdirmək üçün istifadə olunacaq.

Ümumilikdə 60-dan çox ölkədə 118 layihəni dəstəkləməklə Vatikan tərəfindən müəyyən edilmiş qrant alıcılarına 9,9 milyon dollar paylanacaq. Fond, həmçinin 100-dən çox keşiş, dindar qadın və seminarçılara təqaüd proqramı vasitəsilə Romada təhsil almağa imkan yaradan 819 min dollar təqaüd verəcək. Eyni zamanda, humanitar yardımlar, xəstələrə qulluq etmək və evsizlərə sığınacaq vermək məqsədilə böhran dövrləri üçün 4 milyon dollar ayrılıb.

Qeyd edək ki, Papal Fondu ABŞ-da katolik kilsəsinin ehtiyacları üçün fəaliyyət göstərən yeganə xeyriyyə təşkilatıdır. Fond indiyədək 2400-dən çox layihəyə 225 milyon dollardan artıq vəsait ayırıb.

Xatırladaq ki, Papa Fransisk (Xorxe Mario Berqolyo) aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub.

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr