AZ

ABŞ bu il Avropa İttifaqının mallarından 100 milyard avro rüsum yığa bilər

Bakı. Trend:

ABŞ bu il Avropa İttifaqından idxal olunan mallardan 100 milyardavro rüsum yığa bilər. 2024-cü ildə bu göstərici 7 milyard avrotəşkil etmişdi.

Trend xəbərverir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilənsessiyasında çıxış edən Avropa komissarı Maroş Şefçoviç deyib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqından idxalın 70faizinə 10-25 faizlik rüsum tətbiq edən Vaşinqton vergi tutulacaqməhsulların həcmini 97 faizə çatdırmağa hazırlaşır.

“Rüsum toplanması baxımından bu, nəhəng məbləğdir. 2024-cü ildəABŞ Avropa İttifaqından idxal olunan mallarından 7 milyard avrorüsum toplayıb. Avropa Komissiyasının proqnozuna görə, 2025-ci ildəbu rəqəm 100 milyard avroya çata bilər”, - deyə Maroş Şefçoviçbildirib.

Seçilən
0
2
az.trend.az

3Mənbələr