Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Onlar telefonda nüvə sazişi üzrə İran-Amerika danışıqlarının gedişatını müzakirə ediblər.
“Mövcud beynəlxalq və regional məsələlər, o cümlədən Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta