AZ

Ronaldonun oğlu milliyə çağırıldı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oğlu Ronaldo Junior Portuqaliya millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”də çıxış edən Junior U-15 yığmasına çağırılıb. Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

Ronaldo özü də “Əl Nəsr”də forma geyinir. Onun oğlu 2023-cü ildən klubun akademiyasındadır.

Seçilən
0
futbolpress.az

1Mənbələr