AZ

Premyer Liqanın başqa klubuna keçə bilər - Argentinalı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaço İngiltərənin başqa klubuna keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Star” nəşri məlumat yayıb.

“Çelsi” argentinalı futbolçunu heyətinə qatmaqda maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi onu 76 milyon avroya satmağa hazırdır.

20 yaşlı futbolçu bu mövsüm 54 oyunda iştirak edib, 11 qol vurub, 10 məhsuldar ötürmə verib.

O, 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq.

Seçilən
0
8
sportinfo.az

10Mənbələr