AZ

Mamırların təbii filtrlər olduğu bilindi

Mamırlar kök sisteminə sahib olmadıqları üçün lazımi maddələri birbaşa havadan alır və bu zaman çirkləndirici hissəcikləri udaraq ətraf mühiti təmizləyir. Mamırlar təbiətin ən güclü təbii filtrlərindəndir.

Bəzi mamır növlərinə yalnız müəyyən torf bataqlıqlarında rast gəlinir. Bu bitkilər su dövranının tənzimləyicisindən tutmuş torpağın qoruyucusuna qədər bir çox funksiyanın daşıyıcısına çevrilirlər. Mamırlar elə bir struktura malikdir ki, öz çəkilərindən 26 dəfə artıq suyu saxlaya bilir, bu isə su dövranını tənzimləyir və bitkinin bioloji inkişafını dəstəkləyir.
Torf bataqlıqları ən səmərəli təbii karbon anbarlarından biridir. Torf bataqlıqları Yer səthinin cəmi 3-4%-ni əhatə etsə də, dünyadakı torpaq karbonunun üçdə birini saxlayır – bu, dünya meşələrində mövcud olan karbondan iki dəfə çoxdur! Ekologiya.az
Seçilən
0
ekologiya.az

1Mənbələr