AZ

Qəbələdə yeni pivə və sərinləşdirici içkilər zavodu tikiləcək

Qəbələdə illik 140 milyon litr istehsal gücünə malik, beynəlxalq standartlara uyğun müasir texnologiyalarla təchiz olunan yeni pivə və sərinləşdirici içkilər zavodu tikiləcək.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin məlumatına görə, Gürcüstanın “Georgian Beer Company” şirkəti ilə icra edilən layihə iki ölkə arasında iqtisadi əməkdaşlığı yeni səviyyəyə yüksəldir. Layihənin həyata keçirilməsi ilə Qəbələ və ətraf rayonlarda yüzlərlə yeni iş yerləri yaradılacaq, yerli iqtisadi fəallıq və ixrac üçün yeni imkanlar açılacaq. Eyni zamanda yerli istehsal ölkənin idxaldan asılılığını azaldacaq, bazardakı rəqabət qabiliyyətini gücləndirəcək.

Qəbələdə istehsal ediləcək içkilər daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac ediləcək.

Seçilən
0
4
ucnoqta.az

5Mənbələr