AZ

Qəbul imtahanlarının II cəhdinin TARİXİ

Qəbul imtahanının II cəhd üzrə imtahan tarixləri açıqlanıb.

Tribunainfo.az xəbər verir ki,, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyulda imtahan həyata keçiriləcək.

Həmçinin Coğrafiya fənni üzrə əlavə imtahanının tarixi 13 iyuldur.

Qeyd edək ki, qəbul imtahanlarının ikinci mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat 26 may- 8 iyun tarixində həyata keçiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.

Seçilən
0
39
tribunainfo.az

10Mənbələr