AZ

İran və Qətər Şimal-Cənub Dəhlizi çərçivəsində tranzitdə maraqlıdır - Nazir

Bakı. Trend:

İran və Qətər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhliziçərçivəsində yükdaşıma və tranzit infrastrukturlarının inkişafetdirilməsində maraqlıdır.

Trend-inməlumatına görə, bu məsələ İranın yol və şəhərsalma naziri FərzanəSadiq və Qətərin baş nazir və xarici işlər naziri Məhəmməd BinƏbdürrəhman Ali Saninin bu gün Dohada görüşündə diqqət mərkəzindəsaxlanılıb.

İranın Yol və Şəhərsalma Nazirliyi bildirir ki, sözügedəngörüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat razılaşmasınınimzalanması, İranın Buşehr limanı və Qətər limanları arasındayükdaşıma əməkdaşlığının artırılması, yeni yük və sərnişin gəmimarşrutlarının yaradılması diqqət mərkəzində saxlanılıb.

Bildirilir ki, görüşdə, həmçinin, yükdaşımalar üzrə Aşqabadrazılaşması və Türkiyə-İran-Qətər yükdaşıma əməkdaşlığınınartırılması haqda fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər, havanəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq və sairə məsələləraraşdırılıb.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşənGilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya vəİran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olanRəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Budəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-CənubBeynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqazölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişəəsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyardavro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ayərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Seçilən
0
az.trend.az

1Mənbələr