AZ

İspaniyada iş həftəsi 37,5 saata endirilir

İspaniya hökuməti iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın baş nazirinin müavini, əmək və sosial iqtisadiyyat naziri Yolanda Dias mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, daha yaxşı İspaniyaya doğru irəliləməyə, biznes və iş dünyasını modernləşdirməyə və insanların bir az da xoşbəxt olmasına kömək etməyə imkan verən norma Nazirlər Şurasının həftəlik iclasında təsdiqlənib.
Maaşların kəsilməsini ehtiva etməyən dəyişikliyin 48 milyonluq krallıqda təxminən 12,5 milyon insanı əhatə edəcəyi gözlənilir.

İndi yerli parlament tərəfindən təşəbbüsə baxılması proseduru başlayacaq. Diaz daha əvvəl qanunun 2025-ci ilin sonundan gec olmayaraq qüvvəyə minməsinə çağırmışdı.

Seçilən
0
ucnoqta.az

1Mənbələr