“Mançester Yunayted” qapıçısı Andre Onananın əvəzinə oyunçu axtarır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Serbiya millisinin və “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçin xidmətində maraqlıdır. Artıq tərəflər arasında ilk danışıqlar aparılıb.
Serbiyalı qolkiper bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlaya bilib.