Türkiyənin Suriyada artan təsiri İsraildə narahatlıq yaradıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı yazı dərc edib.
Bildirilib ki, İsrail bölgədə Türkiyə ilə hərbi münaqişədən qaçmalıdır.
ABŞ-nin Suriyadan çıxacağı təqdirdə Türkiyənin Suriyada nüfuzunun daha da artacağı vurğulanıb.
Qeyd olunub ki, ABŞ ordusunun Suriyadakı mövcudluğuna son qoyma ehtimalı İsraili qorxudur. İsrail ABŞ-nin geri çəkilməsinin Türkiyənin Suriyanın şimalında və bəlkə də ondan kənarda daha dominant olmasına imkan verəcəyindən narahatdır.
Daşqın HəsənovMissiya.Az