Azərbaycanlı voleybolçu Ayşən Abduləzimovanın Macarıstan karyerası başa çatıb.
Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi "Vaşaş"dan ayrılıb.
Operativ Media xəbər verir ki, oyunçu bu barədə sosial şəbəkə hesabında bildirib.
6 il ərzində "Vaşaş"ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddətdə 5 dəfə Macarıstan çempionu olub.