ABŞ prezidenti Tramp, Rusiya prezidenti Putin tərəfindən elan olunan üçgünlük atəşkəslə bağlı açıqlama verib və bildirib ki, bu, əvvəllə müqayisədə çox böyük addımdır.
Rusiya-Ukrayna müharibəsi kontekstində sülh səylərindən danışarkən Tramp qeyd edib ki, razılaşmaya nail olmaq üçün yaxşı mövqedədirlər.
“Bildiyiniz kimi, Putin bu yaxınlarda üçgünlük atəşkəs elan etdi. Bu, bəlkə də böyük uğur kimi görünməyə bilər, amma əgər haradan başladığımızı bilsəniz, bunun nə qədər əhəmiyyətli olduğunu anlayarsınız”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, onun fikrincə, əvvəlcə Rusiya heç bir atəşkəsə hazır deyildi, çünki onun sələfi Bayden üç il ərzində Putinlə heç bir danışıq aparmamışdı.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı 9-11 may tarixlərində atəşkəs elan edib.
TAHİR