AZ

Belarusun Baş naziri Ağdamın Sarıcalı kəndində bərpa işlərinin gedişi ilə tanış olub - FOTOLAR

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndində olub. SİA-nın məlumatına görə, A.Turçin bu kənddə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ilə şəxsən tanış ola bilib.

Birinci mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

Seçilən
0
4
sia.az

9Mənbələr